Çinin Çuntsin bələdiyyəsində kənd təsərrüfatı işlərinə cəlb edilən yük maşını aşaraq yarğana düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Avtomobildə sürücü daxil olmaqla 12 nəfər olub. İki nəfər hadisə yerində, daha beş nəfər isə xəstəxanada ölüb.  Yaralıların həyatına təhlükə olmadığı bildirilir. Qəzanın səbəbləri araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.