Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə axşam saatlarında Qarazəncir- Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar rayonun Ocaqlı kənd sakinləri – 53 yaşlı Bəhmən Bəhmən oğlu Abıyev və onun həyat yoldaşı, 50 yaşlı Gülnar Məmi qızı Abıyevadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.