Bakının Suraxanı rayonunda minik avtomobili səkiyə çırpılıb.

“Report”un xəbərinə görə, hadisə Bakı-Hava limanı yolunda baş verib.

“90-LT-782” dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək beton səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Sürücü sərxoş olub-olmamasının yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.