Ağcabədidə yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Boyat kəndinə qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən  sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ”-ın sərnişini,  rayonun İmamqulubəyli kənd sakini  Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.