Bakıda zəncirvari yol qəzası baş verib.
AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində 1-i yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.
Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlamasının səbəb olduğu deyilir. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn “Mercedes” markalı 3 avtomobil bir-birinə çırpılıb.
Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.