Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

APA-nın verdiyi məlumata görə, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Vaz 2107” markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.