Çəkdiklərimiz

Kürdaxanı,Məmmədli,Pirşağı yolunun üzərindəki dairədə quraşdırılan səhv nişan yoxsa tələ?

“Autoclub” verilişinin tamaşaçılarından daxil olan müraciət əsasında Kürdəxanı, Məmmədli, Digah istiqamətində olan dairədəki vəziyyətin necə tənzimləndiyini müəyyən etmək üçün çəkiliş apardıq. Adıçəkilən istiqamətdə dairənin əvvəlində 4.3 “Dairəvi hərəkət” nişanı quraşdırılsa da, çox güman ki, qəza səbəbindən sınıb.  Əks istiqamətdə də eyni vəziyyətdir. Məmmədli, Digah istiqamətindən və ya dairədən Məmmədli, Digah istiqamətinə doğru eyni, 2.4 “Yol verin” nişanı quraşdırılıb. Bu halda belə çıxır ki, dairəyə istənilən istiqamətdən daxil olan avtomobillər bir birinə yol verməlidir. Ərazidə baş verəcək qəza və ya qayda pozuntusu nəyə əsasən müəyyənləşdirəcək? Bu nədən irəli gəlir?  Əgər Maştağadan  üzü Kürdəxanı, Məmmədli, Digah istiqamətində və ya əksinə  hərəkət edən nəqliyyat vasitələrinə üstünlüyü göstərmək istəyirlərsə, bu zaman 4.3 nişanı ilə bərabər 2.1 “Baş yol” nişanı da birgə quraşdırılmalıdır. Digər nişanlar isə əvvəlki qaydaya uyğun olaraq qala bilər.  Daxil olan məlumata görə dairədə sürücülərə DYP əməkdaşları tərəfindən, hətta İXM-nın 327.2 bəndinə əsasən 3 cərimə balı və 60 manat məbləğində cərimə də tətbiq olunub. Qeyd edək ki, həmin cərimə protokolları mübahisələndirilərək, ləğv də edilə bilər. Ümid edək ki, yol hərəkətinin təşkili ilə məşğul olan qurumlar sözügedən istiqamətdəki səhvi aradan qaldıracaq. Əraziyə bir həftədən sonra vəziyyətin düzəlib-düzəlməməsi ilə bağlı yenidən baxış keçirdərək, çəkdiklərimizi sizə təqdim edəcəyik. AvtoReyd.Az ərazidən olan görüntüləri təqdim edir:

AvtoReyd.Az

 

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again