Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində Sultan Gözəlovun idarə etdiyi motosiklet (skuter) yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib.

Hadisənin təfərrüatları və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Əlavə məlumat veriləcək.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=IL3e9MdtGCg

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.