AvtoReyd.Az Report”a istinadən xəbər verir ki,Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə zamanı ölənlər Yevlaxın Salahlı kəndinin sakinləri: “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Səfərov Riyad Surxay oğlu, həmin avtomobilin sərnişini, 1961-ci il təvəllüdlü Kəlbəcər rayonundan olan məcburi köçkün Həşimov İlyas Yunus oğlu, habelə “VAZ-21015” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Tərtər rayonunun Cəmilli kənd sakini Zülqədərli Zülqədar Üzeyir oğlu, “VAZ-21015” markalı avtomobilin sərnişini, Mingəçevir sakini, 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, 1993-cü il təvəllüdlü Mingəçevir sakini Allahverdiyev Zahir Həsən oğludur.
Hadisə zamanı həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü, Kəlbəcər sakini Alışanov Tural Əfqan oğlu ağır xəsarət alıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.