Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnsident Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Bəyəliyev Sərxan Səxavət oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.”Report”

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.