Hadisə

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”un məlumatına görə bildirir ki,hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi “99-BZ-136” dövlət nömrə nişanlı, “Chevrolet aveo” markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.