Axşam saatlarında Gəncədə vurulan piyadanın şəxsiyyəti məlum olub.
AvtoReyd.Az APA-ın Qərb bürosuna istinadən xəbər verir ki, bu, 7 saylı orta məktəbin müəlliməsi, 1957-ci il təvəllüdlü Abdullayeva Səidə İzzət qızıdır.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, “Lada Priora” markalı avtomobili Vasif adlı sürücü idarə edib və maşın yüksək sürətlə hərəkətdə olub. Sürücü polis tərəfindən saxlanılıb.


