Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-nın şimal bürosunun məlumatına görə, bildirir ki,hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.

İçərisində 11 nəfərin olduğu “Qazel” markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Fakt araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.