Bakının Fatmayı kəndi ərazisində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yoldan çıxaraq qəza törədib.

Oxu.Az xəbər verir ki, qəzaya səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngəyə çatan zaman vaxtında manevr etməməsi olub. Qəza zamanı sürücü avtomobildə tək olub. Ətrafdakı insanların və təcili tibbi yardım əməkdaşlarının ilkin yardım göstərməsindən sonra sürücü xəstəxanaya aparılıb.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.