Sabirabadda avtomobil at arabasını vurub, iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə 21.30 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb. KİA markalı avtomobil at arabası ilə toqquşub. Nəticədə at arabası yolun kənarında duran iki nəfər kənd sakini – 1995-ci il təvəllüdlü Əkbərova Aynur Sərvər qızı və  1978-ci il təvəllüdlü Vahidov Ramin Bəybala oğlunu vurub. A.Əkbərova və R.Vahidov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.