Bu gün saat 18:30 radələrində Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın başlayıb. AvtoReyd.Az Lent.az-a istinadən məlumat verir ki, yanğın ticarət mərkəzinin 3-cü sırasındakı bir neçə mağazanı əhatə edir. Hadisə yerinə Qaradağ rayonunun yanğınsöndürmə briqadaları və Yasamal və Binəqədi rayonundan 1 briqada cəlb edilib. Alovun ram edilməsi istiqamətində iş aparılır.
