Ələt-Astara magistralının Astara rayonunun Pensər kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Astara rayon Vaqo kənd sakini Şirzadov Şaiq Canəli oğlu idarə etdiyi “07-BS-217” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil ilə ağaca çırpılıb və nəticədə maşın kanala aşıb.

Xəsarət alan sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.