Əvvəllər Larte Design-ın tünerləri karbon əlavələr və ya diffuzor kimi müxtəlif komponentlərin istehsalı ilə məşğul idilər. Bu dəfə hər şey daha ciddidir – artıq mükəmməl asılqan buraxılışı hazırlanır.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, yolsuzluq avtomobili markasının tarixində ilk dəfə olacaq bu yeni layihə tezliklə təqdim ediləcək – atelyenin mütəxəssisləri Maserati Levante-nin müştərilərinin maraqlarına çox diqqətlə yanaşırlar.

Tüninq çox möhtəşəm olacaq: qabaq və arxa spoylerlər, yeni bamperlər, yan ətəklər, diffuzor, eksklüziv qazburaxma boruları və s. Hələlik əlavələr siyahısında son tamamlama işləri aparılır. Bütün elementlər, əlbəttə ki, karbon lifindəndir. Qiymət barədə soruşmayın – söhbət Maserati-dən gedirsə bu, ədəbsizdir.

Larte Design italyan krossoverini diqqətdə saxlayan yeganə tüninq-atelye deyil. Bunların arasında Mansory, Startech də var. Novitec isə artıq Levante üçün ikinci əlavələr dəstini istehsal edib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.