Bakı sakinini yük maşını vurub.AvtoReyd.Az APA-nın xəbərinə görə,bildirir ki, hadisə paytaxtın Pirallahı rayonu ərazisində baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü Qafarova Rəna Ağaəli qızı Zirə yolunda yük maşını tərəfindən vurulub. Qadın yuxarı baldır sümüyünün açıq sınığı diaqnozu ilə 3 saylı kliniki şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
