Avtoreyd.Az Hadisə Azərbaycanda bayram günü bir ailə üçün qara gəldi

Azərbaycanda bayram günü bir ailə üçün qara gəldi


Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.
AvtoReyd.Az-ın APA-ya istinadən xəbər verir ki, hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi “VAZ 2106” markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi “Mercedes” markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və “Mercedes”in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan 76 yaşlı Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə, nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Related Post

Şoyqunun olduğu təyyarə ilə NATO-nun təyyarəsinin təhlükəli yaxınlaşmasını əks edən video.Şoyqunun olduğu təyyarə ilə NATO-nun təyyarəsinin təhlükəli yaxınlaşmasını əks edən video.

Avtoreyd.az bildirir ki, NATO-nun F-16 təyyarəsi rusiyalı nazirin təyyarəsinin arxasınca getməyə çalışsa da, Su-27 qırıcısı onu qorxudub. Məlum olduğu kimi Rusiyanın Müdafiə naziri Serqey Şoyqunun təyyarəsi Su-27-nin müşayiəti ilə Baltik dənizinin

Buna görə həmişə təhlükəsizlik kəmərlərindən istifadə etmək lazımdır (Foto)Buna görə həmişə təhlükəsizlik kəmərlərindən istifadə etmək lazımdır (Foto)

AvtoReyd.Az-ın məlumatına görə,Amerikalı cərrah-oftalmoloq ciddi qəzaya düşmüş 24 yaşlı qızın kəlləsinin şəkillərini nümayiş etdirib.Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün, o kəllə və kəllədaxili qanaxmanın çoxsaylı sınıqları ilə klinikaya daxil olunub. 8