Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki,yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində “Land cruiser” markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb. Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.