Sumqayıt-Bakı qatarı 20 yaşlı qızı vurub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinindən AvtoReyd.Az-a verilən məlumata görə, hadisə bu gün Biləcəri-Xırdalan mənzilində körpünün üstündə baş verib.
O qeyd edib ki, həmin ərazidə Sumqayıtdan Bakıya gələn qatar 20 yaşlı qızı vurub.
S.Qədirova bildirib ki, hadisə vətəndaşın diqqətsizliyi səbəbindən baş verib: “Dəmiryolu xəttinin qorunmayan hissəsindən keçən 20 yaşlı qızın qulağında qulaqcıq olduğundan maşinistin dəfələrlə siqnal verməsini eşitməyib. Maşinist qatarı saxlasa da, yüngülvarı qıza toxunub. Zərərçəkən dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır”.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.