Lənkəranda avtoqəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb.

AvtoReyd.Az APA-nın cənub bürosunun verdiyi məlumata görə,bildiri ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beləki,”Mercedes” markalı 10 MV 307 ,”VAZ 21-06” markalı 10  QZ 165,” və VAZ 21011” markalı 42 BV 161 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş 1988-ci il təvəllüdlü Vusal və 1990-cı il təvəllüdlü Marif Arif oğlu Tahirovlar ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər iki qardaş əməliyyata götürülüb, onların vəziyyətinin ağır olduğu deyilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.