Lənkəranda avtoqəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb.
AvtoReyd.Az APA-nın cənub bürosunun verdiyi məlumata görə,bildiri ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beləki,”Mercedes” markalı 10 MV 307 ,”VAZ 21-06” markalı 10 QZ 165,” və VAZ 21011” markalı 42 BV 161 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş 1988-ci il təvəllüdlü Vusal və 1990-cı il təvəllüdlü Marif Arif oğlu Tahirovlar ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər iki qardaş əməliyyata götürülüb, onların vəziyyətinin ağır olduğu deyilir.