Bakıda yanğın hadisəsi baş verib.

AvtoReyd.Az“Report”-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Zahid Xəlilov küçəsində avtoyuma məntəqəsinə bitişik istirahət otağı yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Lakin avtoyuma məntəqəsinə maddi zərər dəyib. O cümlədən kondisioner, məntəqə işçilərinin ləvazimatları yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.