Ötən gün axşam saat 23:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 142-ci klometrliyində, Şəkinin Zəyzid kəndi ərazisində yol qəzası baş verib. AvtoReyd.Az ARB-yə istinadən xəbər verir ki, hadisə zamanı 63 yaşlı Malik Məhərrəmovun idarə etdiyi 55-BF-438 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə 37 yaşlı Qoşnalı Mahmudovun idarə etdiyi 90-RH-466 dövlət nömrə nişanlı iri tonnajlı yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan Malik Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-yə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxs sağ boyun nahiyyəsindən kəsilmiş-cırılmış, sol mil bilək oynağında boğaz nahiyyəsindən kəsilmiş-cırılmış yara alıb və hemoraqik şok vəziyyətinə düşüb. Xəstə əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Qəzada yük avtomobilinin sürücüsü xəsarət almayıb. Yük avtomobilinin sürücüsü Qoşnalı Mahmudovun sözlərinə görə, minik avtomobilinin sürücüsü içkili olub. Faktla bağlı Baş Dövlət Yol Polisinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.