Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

AvtoReyd.Az “Report”-a istinadən verdiyi məlumata, gecə saatlarında Göygöl şəhər ərazisində 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Mahir Ənvər oğlu Qasımovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil 1953-cü il təvəllüdlü Şəmkir rayon sakini Vəkil İbrahim oğlu Vəliyevin idarə etdiyi “Mercedes-Benz”lə avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinlər – 1984-cü il təvəllüdlü Aynurə Hətəm qızı İsmayılova və onun qızı 2012-ci il təvəllüdlü İsmayılova Gülmira, həmçinin qohumu, 1995-ci il təvəllüdlü Əfsanə Niyaz Qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.