Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndinə gedən yolda qeydə alınıb.

“VAZ 2106” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Həsənli kənd sakini 1987-ci il təvəllüdlü Mirzəyev Ayaz Akif oğlu xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=T5H3uYhaCVM

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.