Biləsuvar rayonunda iki yük maşını toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” və “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “KamAZ”-ın  sürücüsü, 1982-ci il təvəllüdlü Araz Lətif oğlu İsgəndərov vəziyyətinin orta-ağır olduğu bildirilir, digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.