Bakıda avtobus bir nəfəri vuraraq öldürüb.

AvtoReyd.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də saat 20 radələrində Binəqədi rayonu ərazisində, Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar  Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.