Avtoreyd.az bildirir ki, uzunsürən leysan yağışları nəticəsində əmələ gələn güclü sel axını Çində yolda hərəkət edən səkkiz avtomobili kürüyüb. Hadisə zamanı nəqliyyat vasitələrində ümumilikdə 16 nəfər olub.
Onlardan bir nəfəri avtomobildən çıxa bilməsə də, qalanları pəncərələrdən çıxıb. Hadisə yerinə gələn xilasedicilər avtomobildə qalan şəxsi də çıxara bilib. O, ayaq və kürəyindən zədə aldığına görə xəstəxanaya yerləşdirilib.
