Lənkəran rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

AvtoReyd.Az “Report”-a istinadən məlumat verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, şəhərin Hənifə Abdullayeva küçəsinin sakini, 1973-cü il təvəllüdlü Bahar Balamirzə qızı Həbibovanı 42-BO-833 dövlət qeydiyyat nömrəli “Hundai-Elantra” markalı avtomobil vurub. Sürücü dərhal təcili tibbi yardım stansiyasına məlumat verib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.