Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report” a istinadən məlumat verir ki, hadisə Ağdaş-Qəbələ avtomobil yolunda, Türyançay körpüsü yaxınlığında baş verib.

Hadisə zamanı “Qazel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107”də olan sürücü və 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı yaralanan sürücü, 1994-cü il təvəllüdlü Yevlax rayon Quşçu kənd sakini Bəşirli Bəhruz Rafiq oğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralılar 1993-cü il təvəllüdlü Qəbələ sakini Şükürov Tural Sahib oğlu, 2013-cü il təvəllüdlü Qəbələ rayonu Savalan kənd sakini Məhərrəmov Yusif Tarzan oğlu və 1991-ci il təvəllüdlü Məhərrəmova Güldanə Sahib qızıdır.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlının vəziyyəti daha ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.