Abşeron rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Müşviqabad yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə İ.Abbasov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.