Avtoreyd.Az Hadisə Beyləqana toya gedənlər Şirvanda qəzaya düşdülər(Foto)

Beyləqana toya gedənlər Şirvanda qəzaya düşdülər(Foto)


Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-nın məlumatına görə,bildirir ki, Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı “Mersedes-Benz” markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər – Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.

Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.

AvtoReyd.Az

Related Post