Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, hadisə Zığ şössesində qeydə alınıb. Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi “Mitsubishi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.