Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

“Opel” markalı maşının “KamAZ”-a çırpılması nəticəsində, minik  avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü Ocaqverdiyev Teymur Təvəkkül oğlu xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.