Bakıda avtomobil təmiri sexində yanğın baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın doqquz qarajı əhatə edib. Hadisə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan avtomobil təmiri sexində müşahidə olunub.
Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.

