Bakıda yol-hərəkəti qaydasını pozan sürücü qəza törədib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində 2 avtomobil toqquşub. Hadisə Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində qeydə alınıb. Sürücü Oktay Ağayev idarə etdiyi “Vaz 21099” markalı minik avtomobili ilə hərəkətdə olan zaman qarşı yoldan gələn “Mercedes” markalı avtomobili gözləməyərək hərəkətini davam etdirib və nəticədə qəza qaçılmaz olub. Baş vermiş qəza zamanı xəsarət alan olmasada hər iki maşına xeyli ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.