Türkiyənin Ağrı vilayətinin Hamur ile Tutak mahalları arasında avtomobil yolunda faciəvi hadisə baş verib.

AvtoReyd.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, TIR üzərində olan kran mikroavtobusun üzərinə aşıb.

İlk məlumatlara görə, mikroavtobusdakı 7 nəfər ölüb, 11-i yaralanıb.

Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.