Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.AvtoReyd.Az APA-nın yerli bürosununa istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi  “Ford” markalı pomidorla yüklənmiş sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və onun həmyerlisi olan sərnişin, 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə  yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.