Tovuzda avtomobil aşıb.

AvtoReyd.Az APA-nın qərb bürosunun verdiyi məlumata əsasən,xəbər verir ki, hadisə rayonun Tovuz-Qaralar avtomobil yolunun Azaflı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Niva” markalı minik avtomobili yolun kənarına aşıb. Qəza zamanı iki Tovuz sakini – 1994-cü il təvəllüdlü Cavid Əliyev və 1995-ci il təvəllüdlü Kəramət Aslanzadə xəsarət alıb. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.