Lerikdə avtomobil dərəyə aşıb, ölən var.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə avtomaşında olan sərnişin hadisə yerində ölüb.Lerikdə baş verən avtoqəzada ölənlərin kimliyi məlum olub.
Onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovsk şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.

