Ağcabədidə avtomobil daş hasara çırpılıb.AvtoReyd.Az  APA-nın Qarabağ bürosunun xəbərinə görə,bildirir ki, hadisə rayonun Boyat kəndində baş verib. Mətləb Hüsüyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 26 yaşlı Mehrac Hüsüyev xəsarət alıb.

Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, sonradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

Məlumata görə,  sürücü avtomobili idarə edərkən içkili olub. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.