Yerevanda “Nairit” zavodunda yanğın baş verib.

Bu barədə “Report” Ermənistan KİV-lərinə istinadən xəbər verir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın zavod ərazisində başlayıb. Hadisə yerində 6 yanğınsöndürmə briqadası işləyir.

Qeyd edək ki, Ermənistanda uzun müddətdir fəaliyyət göstərən müəssisələrdən olan “Nairit” müflis həddində olub. Bu illər ərzində müəssisənin ilk öncə Sənaye Nazirliyinə məxsus olan səhmləri əldən-ələ keçib. Lakin səhmdar və investorlardan heç biri onun yenidənqurulması üçün lazımi miqdarda vəsait sərf etməyib. Müəssisə rəhbərliyi işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməməsi və digər ödənişlərin edilməməsi səbəbindən daim xoşagəlməz vəziyyətlə üzləşib.

2015-ci ilin fevral ayında zavodda çoxsaylı yüksək ixtisaslı mütəxəssislər də olmaqla işçilərin 2/3 hissəsi işdən azad edilmişdi.

AvtoReyd.Az

https://youtu.be/PrBEj7AYnxk

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.