Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.