Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtoreyd.az APA-ya istinadən bildirir ki, hadisə Şəfayət Mehdiyev küçəsində, Lider TV-nin yaxınlığında qeydə alınıb. Sürücü Sərxan Hüseynov idarə etdiyi minik maşını ilə 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.