Bakıda piyadanı maşın vuraraq öldürüb.

Avtoreyd.az bildirir ki, DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də saat 19 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Rəsul Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Aynurə Niftəliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.