Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.Belə ki,hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb,bunlar 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1981-ci ildə anadan olmuş Məsimov Bəhman Mansir oğlu, 1982-ci il təvəllüdlü Həsənli Vuqar Fərzəli oğlu, 1978-ci ildə anadan olmuş İbadov Asif Əmir oğlu və 1987-ci il təvəllüdlü Məsimov Sədi Mansır oğludur.
Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

