Səhər saatlarında Bakı-Quba yolunun İqriq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, “VAZ-21099” markalı avtomobili idarə edən Ağcabədi rayon sakini, 1952-ci il təvəllüdlü, Vəliyev Məcid Yaqub oğlu idarəetməni itirərək qəzaya uğrayıb.

Avtomobildə tək olan sürücü Quba Təcili Tibbi Yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya alt dodağının didilmiş-cırılmış yarası, sağ baldırın orta 1/3-nin açıq sınığı, sağ topuq oynağının açıq sınığı diaqnozu qoyulub.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.